- Əsas səhifə
- Brendlər
- EMCO
EMCO
Şirkət və tarix
EMCO qrupunun tarixi Erwin Müllerin 1945-ci ildə Almaniyanın Lingen şəhərində yaratdığı müəssisədən başlayır. emco Bautechnik qrupun bina məhsulları və giriş təmizləmə sistemləri üzrə ixtisaslaşmış bölməsidir.
İstehsal
Şirkətin mərkəzi Almaniyanın Lingen şəhərindədir. Xalça tipli ayaqaltıların istehsalı 2021-ci ildə Gräfenhainichen şəhərinə köçürülüb. Müxtəlif məhsul qruplarının istehsal məlumatları onların texniki sənədlərində göstərilir.
Məhsullar
Əsas çeşid alüminium profilli giriş ayaqaltıları, tekstil təmizləmə örtükləri, xalça plitələri, çərçivələr və digər montaj elementləridir. Şirkət hovuz daşma kanalları üçün barmaqlıqlar da təqdim edir. Giriş təmizləmə sistemləri ayaqqabıdan iri çirki və nəmi mərhələli təmizləməyə xidmət edir; ölçü, profil hündürlüyü, insert növü və yük sinfi layihəyə uyğun seçilir.
Xalça plitələri və rulon örtüklər giriş zonalarında çirk və nəm tutmaq üçün nəzərdə tutulub.
Əməkdaşlıq üçün