Karyera
-
Məhsul üzrə Menecer
2016-08-31
-
Əsas məlumatlar
"FloorEx" şirkəti baş ofis üçün "Məhsul üzrə Menecer" vakansiyasını elan edir.
- İş qrafiki: Həftə ərzində 5 gün, saat 10:00-19:00
- Əmək haqqı: Sabit hissə + bonus
Vəzifələri
- Şirkətin məhsul portfelinin ümumi idarə edilməsi.
- Xarici vendorlar ilə əlaqələrin qurulması və onlarla gündəlik yazışmalar.
- Məhsulun alışı və anbara çatana kimi təqibi.
- Mütəmadi bazar araşdırmaları edərək, qiymətlərin aktuallığını təmin etmək.
- Rəhbərliyin ayrı-ayrı məhsullar üzrə təyin etdiyi marja həddlərini qorumaq.
- Məhsul haqqında təqdimatlar hazırlamaq və satış komandasına təqdim etmək.
- Satış komandasının məhsulun xüsusiyyətləri və qiymətləri ilə bağlı sorğularını cavablandırmaq.
Tələblər
- Məhsul idarə edilməsi işində azı 1 il iş təcrübəsi. Tikinti materilları satışında iş təcrübəsi üstünlükdür.
- Məhsul logistikası işindən anlayışlı olmaq.
- Riyazi bilikləri yaxşı olmaq.
- İnglis, Rus və Türk dillərini xarici partnyorların bütün suallarını cavablandıracaq, sərbəst yazışmalar və danışıqlar aparacaq səviyyədə bilmək.
- MS Offfice proqramını, xüsusilə Excel və PowerPoint-i yaxşı səviyyədə bilmək.
- 1C proqramını bilmək üstünlükdür.
-
Satış Direktoru
2016-08-31
-
Əsas məlumatlar
- İş qrafiki: Həftə ərzində 5 gün, saat 10:00-19:00
- Əmək haqqı: Sabit hissə + bonus
Vəzifələri
- Satış komandasının idarə edilməsi.
- Şirkətin diler şəbəkəsinin inkişafını təmin etmək.
- Layihə satışlarını idarə etmək və həmçinin əhəmiyyətli layihələrdə birbaşa satış etmək.
- Şirkətin pərakəndə sərgi salonunun effektiv işləməsini təmin etmək.
- Rəhbərliyin təyin etdiyi satış hədəflərini yerinə yetirmək.
- Satış komandasının məhsul haqqında məlumatlı olmasını təmin etmək.
- Satışın artırılması ilə bağlı daima həllər axtarmaq.
Tələblər
- Ümumi satış sahəsində azı 3 il iş təcrübəsi. Tikinti materilları satışında iş təcrübəsi üstünlükdür.
- İdarəetmə bacarığı.
- İnglis və Rus dillərini bilmək.
- MS Offfice proqramını, xüsusilə Excel və PowerPoint-i yaxşı səviyyədə bilmək.
- 1C proqramını bilmək üstünlükdür.