Faydalı
1
March,
2016
Döşəmənin baxımı
1 March, 2016
Əziz oxucu, düzgün döşəməni seçmək işin bir tərəfidirsə, döşəməni aldıqdan sonra ona düzgün qulluq etmək işin digər bit tərəfidir. Yeni döşəmənizin səthi aşınmaya qarşı dözümlüdür, beləcə əlavə bir emala, laklamağa və ya cilalamağa ehtiyacı yoxdur. Lakin müəyyən bir zaman keçdikdən sonra , döşəmənizi qorumaq üçün aşağıdakı tədbirləri görməyinizi tövsiyə edirik:
- Evin girişinə xalçalar və ya vinil paspaslar qoyaraq ləkə, toz, qum, asfalt kimi maddələrlə təmasın qarşısını alın.
- Ağır obyektlərin təsirini azaltmaq üçün ağır ev əşyalarının altına mebel ayaqları / təkərləri və zəmin qoruyucularından istifadə edin.
- Taxtanın təbii genişlənməsini və ya daralmasını azaltmaq üçün bütün il boyunca otağın daxili hava rütubətini 10-60% arasında saxlayın.
- Sərt obyektlərin döşəmənizi kəsməsini, deşiklər açmasını önləyin. Təkərli kreslolarınız var isə, yumşaq kauçukdan edildiyindən əmin olun.
- Üzərinə maye dağıldıqda 10 dəqiqə ərzində mütləq qurulayın.
© 2020 FloorEX - Avropa istehsalı olan keyfiyyətli döşəmə məhsulları