25
January,
2016
Laminat hər bir yerdə işləyir
25 January, 2016
Ümumiyyətlə döşəmə seçimi hal-hazırda biraz çətin presesə çevrilmişdir. Bu, bazarda döşəmələrin çeşidlərinin son illərdə çoxalması ilə bağlıdır. Hər məhsulun müəyyən xüsusiyyətləri, üstünlükləri və mənfilikləri vardır. Lakin döşəmələrin arasında bir növ var ki, demək olar hər bir məkana üçün istifadə oluna bilir. Bu, laminatdır. İstər ev olsun, istər ofis, istərsə də restoran-kafe, hər bir məkana uya bilir.
İndi isə laminatı hər yer üçün uyğun edən əsas özəlliklərinə baxaq
Uyğun ölçü – Laminat döşəmələrin çox bir çox ölçüləri mövcuddur. Bu cürü ölçü genişliyi laminatın müxtəlif dizaynlarda istifadə olmasını təmin edir.
Çoxfunksiyalı – Laminatın çox geniş sayda çeşid və rəngləri mövcuddur. İllər ərzində laminatın istehsalı texnologiyası o qdər inkişaf etmişdir ki, əsil taxtadan fərqləndirmək olmur.
Təmizlik – Laminatın ən böyük üstünlüyü onun təmizlənməsi və baxımının rahatlığı məsələsidir. Məsələn xalı döşəməni düşünsək, təmizlənməsinin nə qədəqr çətin olduğunu görərik. Laminatda isə sadəcə silmək kifayətdir.
Quraşdırma – Bir digər üstünlüyü isə quraşdırmasının rahatlığıdır. Yeni texnologiyaların tətbiqindən sonra quraşdırılması daha da sadələşmişdir. Hətta ustasız belə, müəyyən alətlər varsa bu döşəməni quraşdırmaq mümkündür.
© 2020 FloorEX - Avropa istehsalı olan keyfiyyətli döşəmə məhsulları