2
January,
2016
Parket və laminatın əsas fərqləri nədir.
2 January, 2016
Parket və laminat məhsullarının hər ikisi eviniz üçün zövqlü, rahat və möhkəm döşəmə rolunu oynaya bilər. Bu məhsullar ilk baxışdan birbirlərinə çox bənzəyirlər lakin eviniz üçün seçim etmək qərarına gəldikdə bir sıra məqanları nəzərə almağınızı tövsiyyə edirik. Aşağıda, hər iki məhsul üçün ümumi qəbul olunmuş başlıqlar daxilində müəyyən nüansları qeyd edəcik.
Təbiilik
Parket və laminat arasında olan ən əsas fərq odur ki, parket 100% ağacdan hazırlanır. Laminat isə bir neçə qatdan ibarət məhsuldur. Bura elastik altlıq, sıxılmış ağac ovuntuları, tekstura qatı, üst qoruyucu təbəqə və s. aiddir.
Dözümlülük
Parket təbii ağacdan ibarət olduğu üçün, ağır əşyalar tərəfindən əzilmələrə və batıqlara qarşı biraz dözümsüzdür. Laminat isə bu baxımdan daha möhkəmdir. Onun qoruyucu üst təbəqəsi batıqlara və cızıqlara qarşı çox dözümlüdür. Burda qeyd etmək yerinə düşər ki, laminatlar dözümlülük baxımından bir sıra klassl-lara bölünür və hər bir klass-ın öz istifadə sahəsi və traffiki müəyyən edilmişdir. Suya qarşı dözümlülük baxımından, hər iki məhsul ağac köklü olduğu üçün zəifdir.Təbii ki, bura döşəmən su ilə isladılmış parça ilə silinməsi və ya anı su dağılmaları aid deyil. Sadəcə mümkün qədər döşəməni quru saxlamaq lazımdır.
Görünüş
Bu baxımdan hər iki məhsulun özünəməxsus gözəlliyi vardır. Parket 100% ağac olduğu üçün öz təbii gözəlliyi ilə məkanınıza verəcəyi görüntü əvəzolunmazıdır. Laminatlar isə, son texnalogiyalar sayəsində ağac görüntüsünü maksimal imitasiya edir. Hətta siz ilk baxışdan döşəmədə olan məhsulun parket və ya laminat olmasını seçməkdə çətinlik çəkə bilərsiniz.
Qiymət
Parket məhsulları, laminat ilə müqayisədə birqədər baha olur. Bu onların sırf təbii ağacdan hazırlanması baxımından irəli gəlir. Yuxarıdakı bəndlərdə qeyd eilən nüanslara uyğun olaraq, siz öz büdcənizə uyğun məhsulu seçə bilərsiniz. Biz birşeyə əminik: hər iki halda siz uduzmayacqsınız!
© 2020 FloorEX - Avropa istehsalı olan keyfiyyətli döşəmə məhsulları